İdman

“Yunayted” əfsanənin doğum gününü belə təbrik etdi - FOTO

31 Dekabr 2023 16:42
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in mətbuat xidməti sosial şəbəkədə bu gün, dekabrın 31-də 82 yaşı tamam olan "qırmızı şeytanlar"ın əfsanəvi keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonu ad günü münasibətilə təbrik edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Hər birimiz Ser Aleks Ferqyusonu sevirik. Ad günün mübarək Ser Aleks!" - "Mançester Yunayted" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, şotlandiyalı çalışdırıcı 1986-2013-cü illərdə mankunianlılara rəhbərlik edib. Bu müddətdə "Mançester Yunayted" 13 dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə kubokunu, dörd dəfə İngiltərə Liqa kubokunu, on dəfə İngiltərə Superkubokunu, iki dəfə Çempionlar Liqasını qazanıb. Ümumilikdə, şotlandiyalı mütəxəssisin rəhbərliyi altında "qırmızı şeytanlar" bütün turnirlərdə 1476 oyun keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.