İran çempionatında 15-ci turun oyunları keçirilir.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" doğma meydanda "Sanat Naft Abadan"la qarşılaşıb.
Matç Təbriz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Traktor" - "Sanat Naft Abadan" - 3:0
Qollar: Aqhasi, 25, Haşemneyad, 32, Qanbari, 77
Bu qələbə sayəsində xallarını 28-ə yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sanat Naft Abadan" 11 xalla 14-cüdür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun