İdman

"İnter"də yeni müqavilə

31 Dekabr 2023 02:35
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter" futbolçusu Federiko Dimarko ilə müqaviləsini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Daha əvvəl onun yeni sözləşməyə əsasən, illik 4 milyon avro maaş alacağı bildirilirdi.

Xatırladaq ki, Dimarko "İnter"in yetirməsidir. O, 2014-cü ildə Milan təmsilçisinin əsas komandasında debüt edib. Bu müddətdə Federiko bütün turnirlərdə 119 matçda iştirak edib, 11 qol vurub, 20 qolun ötürməsini verib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalına görə, Dimarkonun transfer dəyəri 50 milyon avrodur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.