İdman

Arda üçün böyük fürsət - Bu matç...

29 Dekabr 2023 17:30
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in futbolçusu Arda Güler "Arandina"ya qarşı oyunda forma geyinə bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Ardanın tamamilə sağaldığı və 4-cü Liqa komandasına qarşı meydana çıxmağa hazır olduğu bildirilir. "Marca" qəzetinin xəbərinə görə, komanda yoldaşları Milad tətilində olarkən Arda tək başına məşq etməyə davam edir. Milad tətilindən sonra komanda ilə məşqlərə başlaması gözlənilən Arda Gülerin 5 gün sonra La Liqada "Malyorka" ilə matçda iştirak etmə ehtimalı var. Lakin məşqçi heyəti tələsik qərar vermək istəmir. İspaniya Kral Kuboku matçlarının mövsümün ikinci yarısında başlaması Arda Güler üçün fürsət kimi qiymətləndirilir. "Real Madrid" "Malyorka" ilə oyundan iki gün sonra kubokun oyununda İspaniyanın 4-cü liqa komandası "Arandina"nı qəbul edəcək.

Komandadakı gənc istedadların, o cümlədən Ardanın da bu görüşdə meydana çıxa biləcəyi qeyd edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.