İdman

Bundesliqa klubu baş məşqçisini qovdu

22 Dekabr 2023 15:00
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Köln" klubu baş məşqçisi Şteffen Baumqartla vidalaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın uğursuz çıxışlarına görə almaniyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
"Köln" hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb.

Baumqart 2021-ci ildən "Köln"ü çalışdırırdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.