Müharibə, qırğın və dağıntılar içindən zirvəyə - HƏYAT HEKAYƏSİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyun ayında "Fənərbaxça" ilə müqavilə imzalayan bosniyalı ulduz Edin Dzeko təkcə futbolçu karyerası ilə deyil, həm də gənc yaşda yaşadıqları və əldə etdikləri ilə böyük motivasiya mənbəyidir. 1986-cı ildə Sarayevoda anadan olan Edin hələ 9 yaşında ikən doğulub boya-başa çatdığı şəhərin bombalanmasının, ölkəsinin bölünməsinin şahidi olub. Ən yaxın dost və qohumlarının qırğında həyatını itirdiyi illərdə tanış olduğu futbolla tarixin ən uğurlu bosniyalı futbolçularından biri olub.
Milli.Az Sfera.az-a istinadən Edin Dzekonun Sarayevodan başlayıb Kadıköyə qədər uzanan hekayəsini təqdim edir:
Sarayevonun ən kosmopolit rayonlarından biri olan Qrbaviçada müsəlman boşnak ailədə doğulan Edin futbolla çox gənc yaşlarında tanış olub.
Müharibənin başlaması ilə balaca Edinin doğulub boya-başa çatdığı məhəllə qan gölünə dönüb. 1992-ci ildə millətçi serb ordusunun hücumuna məruz qalan şəhərdə yüzlərlə müsəlman bosniyalı öldürülüb. Həmin günlərdə Edinin iki yaxın dostu futbol meydançasına atılan əl qumbaraları səbəbindən həyatını itirib. Edin isə anası icazə vermədiyi üçün həmin gün məşqə getməyib və sağ qalıb.
Atəşkəsdən sonra serblər rayondan çəkildiyi zaman ev və mağazalardan əlavə paytaxt klubunun - "Zeljezniçar"ın rayonla eyniadlı stadionunu da yandırıblar. Çünki Qrbaviça stadionu bosniyalılar tərəfindən xəstəxana kimi istifadə olunurdu və bosniyalı əsgərlərə xidmət edirdi.
1992-ci ilin mayında serblər böyük bir dağıntı qoyaraq şəhəri tamamilə tərk ediblər.
Şahid olduğu bütün vəhşiliyə baxmayaraq, Edin Dzeko sağ qalmağa və xəyallarının ardınca getməyə davam edib. O, müharibə zamanı stadionu bombalanan "Zeljezniçar"da oynamağa başlayıb. İstedadı sayəsində Sarayevodan Çexiyanın "Teplice" komandasına transfer olunub və ilk dəfə ölkəsindən kənarda olan komanda ilə peşəkar müqavilə imzalayıb. "Teplice"yə gedəndə Edinin cəmi 18 yaşı olub.Çexiyada uğurlu aylar keçirən və özünü sübut edən Edin 2007-ci ildə həyatını dəyişdirəcək müqaviləyə imza atıb.
O, Bundesliqa komandası "Volsburq"a transfer olunub.
Edin Dzeko bu komanda ilə Bundesliqa çempionluğunu qazanıb.O, 2008-2009 mövsümündə "Bayern Münxen", "Borussia Dortmund" kimi nəhəngləri geridə qoyan və çempion olan komandanın ən məşhur ulduzu olub. Həmin il 32 matçda 26 qol vurub, 10 məhsuldar ötürmə edib. O, Bosniya və Herseqovinanın bütün zamanların ən böyük futbolçularından biri hesab olunur.
3 yanvar 2011-ci ildə Edin Dzeko həyatının ən böyük imzasını atıb. O, İngiltərə nəhəngi "Mançester Siti"yə 32 milyon avroya transfer olunub.
O, "Mançester Siti" ilə müqavilə imzalayarkən "Anamın uzaqgörənliyi sayəsində buradayam" deyib. Anası onu illər əvvəl bombalanmış futbol meydançasına göndərməmişdi. Orada iki dostunu itirən Edin indi futbolun zirvəsində həmin dostların arzularını həyata keçirirdi.
Ölkəsi Bosniya və Herseqovinanın və dünyadakı bütün bosniyalıların qəhrəmanı "Siti"də də uğurlu illər keçirib. O, geyindiyi formanın haqqını artıqlaması ilə verib.
O, iki premyer liqa, İngiltərə kuboku və liqa kubokunu qazanıb.
2015-ci ildə İtaliya nəhəngi "Roma"ya, oradan isə "İnter"ə transfer olunub. Bundesliqa və Premyer Liqadan sonra A Seriyasında da uğurlu illər keçirib.
Hazırda 37 yaşı tamam olan Edin fəxr edə biləcəyi karyeraya sahibdir.
O, karyerasının son illərində ölkəsi Bosniya ilə güclü sosial və mədəni əlaqələri olan bir ölkəyə üstünlük verib.
22 iyun 2023-cü ildə Türkiyə klubu "Fənərbağça" ilə müqavilə imzalayıb. O, minlərlə bosniyalı mühacirin yaşadığı İstanbulda böyük sevgi nümayişləri ilə qarşılanıb. Artıq "Fənərbağça" ilə ilk matçlarında özünü göstərib.
Karyerası boyunca 100 milyon avrodan çox transfer haqqı ödənilən Dzeko karyerasına başladığı və zirvəyə çatdığı məqamı heç vaxt unutmayıb. O, həmişə Qrbavitsanın palçıqlı tarlalarını, oynadıqları kibritləri bombalar altında ürəyində daşıyıb. Dzeko hələ də yay mövsümünün bir hissəsində doğma şəhərində gənc futbolçulara pulsuz dərslər verir. Edin Dzeko böyüdüyü bölgəyə ciddi maliyyə yardımı etməsi ilə tez-tez gündəmə gəlir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
İdman brendi Benzemadan imtina etdi
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
XƏBƏR LENTİ
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"





