Azərbaycanın FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Şimali Makedoniya - Gürcüstan matçının baş hakimi olacaq. R. Cabbarova Namik Hüseynov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 16-da keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun