İdman

Renat Dadaşovun komandası "Qalatasaray"ı məğlub edib

11 Noyabr 2023 22:34
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunun heyətində növbəti oyununa çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Superliqanın XII turunda "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Görüşə start heyətdə başlayan Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

"Hatayspor" 17 xalla 9-cudur, lider "Qalatasaray"ın 31 xalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.