İdman

İsrail ev oyunlarını bu ölkədə keçirəcək

1 Noyabr 2023 19:11
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İsrail millisi Avro-2024-ün seçmə mərhələsində İsveçrə və Rumıniyaya qarşı ev oyunlarını keçirəcəyi yer müəyyənləşib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komanda Qəzza zolağında baş verənlərlə əlaqədar ev oyunlarını Macarıstanın Felçsut şəhərindəki "Panço Arena"da keçirəcək. 

İsrail yığması noyabrın 15-də İsveçrə, noyabrın 18-də isə Rumıniya ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, hər iki matçda azarkeşlər stadiona buraxılacaq.

Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA İsrail təmsilçilərinin ev oyunlarını neytral meydanda keçirməsinə qərar verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.