İdman

Ulduz futboçu atasının yerini deyənə 10,5 min avro verəcək

30 Oktyabr 2023 15:45
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un hücumçusu Luis Diasın atasının yeri barədə məlumat verən mükafatlandırılacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Kolumbiya polisi 10,5 min avro veriləcəyini açıqlayıb.

120-dən çox hərbçi və polis birlikdə Kolumbiyanın şimalında futbolçunun atasını axtarır. Ordunun bəyanatında deyilir ki, girovların axtarışı üçün yol blokları qurulub, iki motoatıcı tağım, pilotsuz uçuş aparatları, helikopterlər və bir radar təyyarəsi bu işə cəlb olunub.

Qeyd edək ki, qaçırılma hadisəsi Luisin doğulduğu Barrankas şəhərinin Los Olivos rayonunda baş verib. Onun valideynləri Luis Manuel Dias və Silenis Marulanda naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Artıq futbolçunun anası xilas olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.