“Neftçi” “Səbail”in seriyasına son qoydu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.
Milli.Az report-a istinadən xəbər verir ki, ilk gündə daha bir oyun keçirilib.
Birinci dövrədə uğurlu nəticələr əldə edən "Səbail" öz meydanında çempionatın iddialı komandalarından "Neftçi" ilə üz-üzə gəlib. Matçda hesabı erkən qolla meydan sahibləri açıblar. 2-ci dəqiqədə David Qomis fərqlənib. Lakin cəmi 10 dəqiqə sonra "status-kvo" bərpa edilib. Azər Əliyevin zərbəsi qarşısıalınmaz olub. "Neftçi" fasilə ərəfəsində önə keçməyi də bacarıb. 45-3-cü dəqiqədə Ataa Caber "ağ-qaralar"ın ikinci qolunun müəllifi olub.
Qarşılaşmanın sonluğu daha drammatik alınıb. Əvvəlcə 79-cu dəqiqədə "Səbail"in ən sərrast oyunçusu Aleksandr Ramalinqom hesabı bərabərləşdirib. Lakin qəsəbə təmsilçisinin sevinci uzun sürməyib. Əvvəlcə 87-ci dəqiqədə Yuri Matias dəqiq baş zərbəsi ilə "Neftçi"ni yenidən önə keçirib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Rəhman Hacıyev qoyub. Onun qolu "Neftçi"yə 4:2 hesablı qələbə qazandırıb.
Bu nəticə ilə xal ehtiyatını 15-ə çatdıran "ağ-qaralar" turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. 6 oyunluq məğlubiyyətsizlik seriyası qırılan "dənizçilər" isə 17 xalla 3-cü sırada qalıblar.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz"la "Qarabağ" qollu (2:2) bərabərə qalıblar. "Kəpəz" - "Zirə", "Sabah" - "Sumqayıt" matçları oktyabrın 21-də, "Qəbələ"- "Araz-Naxçıvan" görüşü isə 22-də keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi





