İdman

Azərbaycanın iki hakimi UEFA-dan təyinat aldı

16 Oktyabr 2023 17:11
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın iki hakimi UEFA-dan təyinat alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar FIFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədovdu.

Onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarına təyinat alıblar.

Həmyerlilərimiz seçmə mərhələnin 11-ci qrupunda keçiriləcək oyunlarda ədaləti qoruyacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marinonun yer aldığı qrupun matçları oktyabrın 25-dən 31-dək İtaliyada keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.