İdman

Ronaldo: “Avro-2024-də oynayacağam”

14 Oktyabr 2023 19:57
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının əsas mərhələsində də çıxış etmək istəyir. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. 38 yaşlı forvard deyib: 

"İnanıram ki, Avro-2024-də olacağam. Çünki hələ çox vaxt var. Ümid edirəm ki, heç bir problemim və ya zədəm yoxdur. Mən oynamaq istəyirəm. 

Portuqaliyadan erkən ayrıldım, amma ora həmişə mənim evim olacaq. Portuqaliyalılar həmişə məni dəstəkləyirlər". 

Xatırladaq ki, oktyabrın 13-də Portuqaliya yığması Avro-2024-ün seçmə mərhələsinin 7-ci turu matçında Slovakiya yığmasına 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatına vəsiqəni təmin edib. Kriştiano sözügedən görüşdə dubla imza atıb. 7 turdan sonra Portuqaliyanın 21 xalı var və J qrupunda liderdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.