İdman

Rəsmi Tehrandan Ronaldo ilə bağlı - Açıqlama - VİDEO

14 Oktyabr 2023 11:33
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İspaniyadakı səfirliyi İran mediasında Səudiyyə Ərəbistanının "Əl-Nəsr"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun 99 şallaq cəzası alacağı barədə yayılan məlumatları qətiyyətlə inkar edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında deyilir.

Diplomatik nümayəndəlik İranda istənilən beynəlxalq səviyyəli idmançıya qarşı hər hansı məhkəmə qərarı çıxarılmasının mümkünlüyünü inkar edib.

"Qeyd etmək lazımdır ki, Kriştiano Ronaldo xalq və hakimiyyət tərəfindən çox yaxşı qarşılandı. Fatimə Həmami ilə səmimi və insani görüşü də yüksək qiymətləndirildi və həm xalqın, həm də ölkənin idman orqanlarının heyranlığına səbəb oldu", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ala biləcəyi barədə xəbər yayılmışdı. Belə ki, Asiya Çempionlar Liqasında "Persepolis"lə oyunda iştirak etmək üçün İrana səfər edən Ronaldo portretini çəkən yerli rəssam Fatimə Həmami ilə görüşmüş, futbolçu fiziki məhdudiyyətli rəssam qızı qucaqlayıb öpmüşdü. İran qanunlarına görə, Ronaldonun bu addımı zina kimi qiymətləndirilir və bunun cəzası olaraq 99 şallaq nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.