İdman

“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı

25 Sentyabr 2023 13:09
Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.

Milli.Az xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib:

"Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!"

Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə "Neftçi"nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.