İdman

İkardinin bacısı səhvən dövlət medalı ilə təltif edildi - FOTO

7 Sentyabr 2023 20:00
Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Kubokunu qazanan İspaniya Qadınlardan ibarət Milli Komandanın kapitanı İvana Andresə verilməli olan "İdman Medalı" ad qarışıqlığına görə Mauro İkardinin bacısı İvanaya verilib.

Milli.Az 32gün-ə istinadla xəbər verir ki, edilən səhvdən sonra rəsmi qəzetdə üzrxahlıq yazısı dərc olunub.

Mövzuya münasibət bildirən İvana İkardi, "Həqiqətən də oldu! Belə bir şeydə necə yanıla bilərdilər? Bu gün ad günümdən daha çox məni təbrik edən dost və tanışlara dözməli oldum. Buna görə də indi medal istəyirəm" - deyib.

Medalın əsl sahibi İvana Andres baş verənlərə münasibət bildirib.

Səhv düzəldildikdən sonra dövlət medalı Andresə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.