İdman

Şahruddin “Qarabağ”dan gedir

6 Sentyabr 2023 13:40
Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Superliqa komandalarından olan "Adana Dəmirspor" Azərbaycan komandalarından "Qarabağ"da çıxış edən 29 yaşlı qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmağa hazırlaşır.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Fanatik" nəşri yazıb.

"Transfer dövrünün bağlanmasına az qalmış "Adana Dəmirspor" işlərini davam etdirir. Klub Azərbaycan millisinin və "Qarabağ"ın 29 yaşlı qapıçısı Şahruddin Məhəmmədəliyevlə 2+1 illik razılığa gəlib", - yazıda qeyd olunub.

Nəşr qeyd edib ki, Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək və yerli statusda çıxış edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.