İdman

Premyer Liqa: "Turan Tovuz" səfərdə "Sabah"ı məğlub edib

1 Sentyabr 2023 21:08
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Milli.Az xəbər verir ki, günün yeganə matçında "Sabah" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. 19-cu dəqiqədə Roderik Miller, 56-cı dəqiqədə Şəhriyar Əliyev, 79-cu dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən paytaxt klubu 4 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun digər oyunları 2-3 sentyabrda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.