İdman

SON DƏQİQƏ: “Kəpəz”in əməkdaşını infarkt vurdu - FOTO

9 Avqust 2023 00:10
Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəpəz"in inzibatçı Cavid Əhmədovun ürəyində tutulmalar yaranıb.

Milli.Az Sportinfo.az-a istinadən xəbər verir ki, hadisə "sarı-göylər"in "Neftçi" üzərində qəəbə qazandığı günün ertəsi yaşanıb.

Dərhal xəstəxanaya götürülən Əhmədova ilkin müdaxilə olunub. Anju müayinəsi olunan "Kəpəz"in sabiq futbolçusu evə buraxılıb. Lakin evdəki durumu ürəkaçan olmadığından, Əhmədov yenidən həkimlərin nəzarətinə götürülüb.

Ümumi baxışdan sonra "Kəpəz"in əməkdaşının xəstəxanaya qaytarılması və əməliyyat olunmasının vacibliyi qərara alınıb. Cavid Əhmədov Gəncə Beynəlxalq Xəstəxanasında ürəyindən əməliyyat olunacaq.

Klubun işçisinin durumu "Kəpəz" rəhbərliyini narahat etdiyindən, onlar xəstənin durumu ilə maraqlanıb, gərəkən hər cür köməklik göstərəcəklərinə dair söz veriblər.

Əhmədovun əməliyyat xərcləri klub tərəfindən qarşılanacaq.

Milli.Az

SON DƏQİQƏ: "Kəpəz"in əməkdaşını infarkt vurdu, klubdan əl-ayağa düşdülər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.