İdman

“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib

7 Avqust 2023 16:20
Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.

Milli.Az bildirir ki, bu gün keçirilən püşkatma zamanı Azərbaycan klubu 2-ci qrupda yer alıb.

III təsnifat mərhələsində Türkiyə klubu "Beşiktaş"la qarşılaşacaq "Neftçi"nin cütü səpələnməmişlər səbətində olub.

"Neftçi" III raundda Türkiyənin "Beşiktaş" komandasını keçsə, "Dinamo" (Kiyev, Ukrayna) - "Aris" (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" - "Beşiktaş" cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.