İdman

Qurban Qurbanov: "Futbolçular tam olaraq idman formasında deyillər, amma..."

10 İyul 2023 20:58
Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Linkolnu tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, yeni mövsümün ilk matçında çatışmazlıqlar ola bilər: "Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdür. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram".

Təlim-məşq toplanışına da toxunan Qurbanov hazırlığın yaxşı keçdiyini vurğulayıb: "Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.