İdman

Azərbaycan taekvondoçusu: “Hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı”

24 İyun 2023 00:30
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Belə bir yarışda finaladək irəliləmək böyük uğurdur. Təbii ki, qalib gəlmək istəyirdim. Hətta buna yaxın idim. Amma son 8 saniyədə hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Səyyad Dadaşov deyib.

54 kq çəki dəcəsində finalda ispaniyalı Uqo Arilya Vaskesə uduzan idmançı bildirib ki, buna görə pis olmağa dəyməz: "Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb qızıl medal qazanmalıyam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.