İdman

“Qarabağ”ın 5 potensial rəqibi MƏLUM OLDU

20 İyun 2023 12:24
Baxış: 1 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasında 2023/2024 mövsümünün seçmə mərhələsinin püşkü atılacaq. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, tədbir bu gün Bakı vaxtilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq. 

Azərbaycan çempionu "Qarabağ"ın da qitənin ən nüfuzlu turnirindəki rəqibi bəlli olacaq.

Ağdam təmsilçisi püşkatmada yüksək reytinqli komandaların olduğu püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq. Artıq "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə düşüb.

Bunlar "səpələnməmişlər" səbətində yer alan aşağıdakı komandalardır: 

"Linkoln Red İmps" (Cəbəllütariq) "Rakov" (Polşa) "Valmiera" (Latviya) "Larn" (Şimali İrlandiya) "Svift"dir (Lüksemburq).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.