İdman

Məşhur futbolçu ölkə prezidentinin xahişi ilə milli karyerasını bərpa etdi

17 May 2023 14:30
Baxış: 1 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Çelsi" klubunun futbolçusu Pyerr-Emerik Obameyanq Qabon millisindəki karyerasını bərpa etdiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib.

O, Qabon prezidenti Əli Bonqo Ondimba ilə görüşdən sonra bu qərarı qəbul etdiyini söyləyib.

Təcrübəli forvard ölkə başçısının xahişindən sonra yığmaya qayıdıb.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən ilin mayında milli karyerasını bitirdiyini açıqlamışdı. O, yığmada 73 matçda 30 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.