İdman

Nokautların sayına görə rekordçu oldu - VİDEO

15 May 2023 19:00
Baxış: 1 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı qarışıq üslublu döyüşçü (MMA) Mett Braun Mütləq Döyüş Çempionatı (UFC) turnirində nokautların sayına görə rekordçu olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə ətraflı statistika qurumun rəsmi saytında verilib.

İdmançı UFC on ABC 4 turnirində həmyerlisi Kort MakQini məğlub edib. Döyüş 4 dəqiqə davam edib. 42 yaşlı Braun üçün bu nokaut 13-cü olub. 2021-ci ildə digər amerikalı Derrik Lyuis də eyni nəticəyə nail olub. O, Kris Dokosa qarşı rekord vurub.

Braun 2008-ci ildən UFC-də çıxış edir. Ümumilikdə onun karyerasında 26 qələbəsi var. Daha 19 döyüşdə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.