İdman

Daha bir güləşçimiz Avropa çempionu oldu

23 Aprel 2023 21:32
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ülvü Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib. Görüş 7:7 hesabı ilə başa çatıb. Lakin  xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.

Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.