İdman

Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar verilir - KİV

12 Aprel 2023 21:58
Baxış: 1 605
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AFFA Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar qəbul etməyə hazırlaşır.

Milli.Az "offsideplus"a istinadən xəbər verir ki, ölkənin ali futbol qurumunun gələn ay növbəti mövsüm elitada 12 komandanın çıxış etməsi ilə bağlı qərar verəcəyi gözlənilir. Bu isə o deməkdir ki, cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etməyəcək. Əksinə, yeni sezonda ölkə çempionatında 12 komanda çıxış edəcək.

Elitaya yüksəlmək üçün ən böyük şans isə "Araz Naxçıvan"dadır. Naxçıvan təmsilçisi artıq Birinci Divizionda sona 5 tur qalmış 54 xalla çempionluğu təmin edib.

Digər klubun isə "Zaqatala" olacağı ehtimal edilir. Bu günlərdə PFL rəsmiləri sözügedən bölgəyə də yollanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.