İdman

ÇL: 1/4 finalın ilk iştirakçıları kim olacaq?

7 Mart 2023 08:40
Baxış: 1 827
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunu keçiriləcək.

Milli.Az matc.az-a istinadən bildirir ki, gecənin ən maraqlı qarşılaşması İngiltərədə baş tutacaq.

"Çelsi" Londonda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. Oyunu niderlandlı hakim Danni Makkelye idarə edəcək.
 
Günün digər görüşü Portuqaliyada keçiriləcək. "Benfika" "Estadio da Lij" stadionunda ilk görüşdə məğlub etdiyi "Brügge" ilə üz-üzə gələcək. Bu oyunun baş hakimi türkiyəli Halil Meler olacaq.

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
7 mart
 
00:00 "Çelsi" (İngiltərə) - "Borussiya" (Almaniya)
"Stemford Bric" arena. Baş hakim: Danni Makkelye (Niderland)
İlk oyun: 0:1
 
00:00 "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika)
"Estadio da Lij": Baş hakim: Halil Meler (Türkiyə)
İlk oyun: 2:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.