İdman

"Dinamo" Emreli ilə vidalaşır

2 Mart 2023 20:59
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu cari mövsümün sonunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayıracaq.

Milli.Az report-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçunu komandasına görmək istəmir.

70 yaşlı mütəxəssis yayda hücum xəttini gücləndirə biləcək oyunçular alınmasını istəyir.

Qeyd edək ki, Mahir Emreli bu mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirəcək. Superliqa təmsilçisi yayda forvardı birdəfəlik transfer etmək hüququna malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.