İdman

Azarkeş meydana çıxaraq qapıçını yumruqladı - VİDEO - FOTO

24 Fevral 2023 13:55
Baxış: 1 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eyndhovendə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu keçirilib və PSV "Sevilya"ya qalib gəlib. Milli.Az bildirir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun sonunda meydançaya daxil olan azarkeş İspaniya klubunun qapıçısı Marko Dmitroviçin üzünə zərbə endirib. Azarkeşin bu hərəkətindən sonra serbiyalı qapıçı hücumçunu effektiv şəkildə zərərsizləşdirərək onu yerə yıxıb. Dmitroviç ciddi zədə almayıb və oyunu davam etdirmək qərarına gəlib.

PSV-nin tərkibində qolları Lük de Yonq (77-ci dəqiqə) və Fabio Silva (90+5) vurub. Hollandiya klubu qələbə qazansa da, turnirin növbəti mərhələsinə keçə bilməyib. İlk görüşdə daha güclü olan "Sevilya" rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

İrfan Vəliyev

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.