İdman

Ulduz futbolçu xanım azarkeşin nömrəsini aldı - VİDEO

21 Fevral 2023 12:37
Baxış: 2 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın gənc ulduzu Pedri etdiyi hərəkətlə gündəmə gəlib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, gecə klublarının birində xanım azarkeşindən nömrəsini alıb.

Klubun çıxışında tərəfdarlar futbolçunun ətrafına toplaşıb və ondan imza almağa çalışıb. Bu zaman xanım azarkeşlərdən biri nömrəsi yazılmış kağızı Pedriyə uzadıb. 20 yaşlı oyunçu cəld şəkildə kağızı alaraq cibinə qoyub.

Qeyd edək ki, "Barcelona"nın digər gənc ulduzu Qavi də eyni hərəkətlə yadda qalmışdı. O, ötən il forma imzalanması mərasimində xanım azarkeşdən eyni şəkildə nömrəsini almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.