İdman

"Əl Nəsr"in peşmanlığı: "Ronaldu artıq "bitib"

5 Fevral 2023 19:27
Baxış: 3 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun supertransferi Kriştianu Ronaldu etimadı doğrulda bilmir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu gün 38-ci yaşına keçən portuqaliyalı hücumçu S.Ərəbistanı çempionatında çıxdığı 2 oyunda cəmi 1 qol vurub, onu da penaltidən. 

Buna görə də sözügedən ölkə mətbuatında ulduz futbolçunun əleyhinə yazılar yazılmağa başlayıb. Məqalələr isə "Bu Ronaldu artıq "bitib", "Real"dakı Ronaldu hardadır?", "Ronaldunu axtarırıq", - başlıqları ilə dərc olunur.

Artıq "Əl Nəsr" fanatları da sosial şəbəkələrdə Kriştianodan narazılıqlarını dilə gətirirlər.

Xatırladaq ki, forvard "Əl Nəsr"lə 2,5 illik müqavilə üçün anlaşıb. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.