İdman

Azərbaycandakı bu döyüş ilin ən yaxşısı seçilə bilər - VİDEO

27 Yanvar 2023 20:40
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyası 2022-ci illə bağlı müxtəlif nominasiyalar üzrə səsvermə elan edib.

Milli.Az xəbər verir ki, "ilin anı" nominasiyası üzrə Azərbaycan cüdoçusu Səid Mollayinin 8 yaşlı Məhəmməd Şahverdili ilə döyüşü namizədlər arasında yer alıb.

Səsvermə 31 yanvara qədər davam edəcək. Qaliblər 5 fevralda Parisdə "Böyük Dəbilqə" turnirində açıqlanacaq.

Qeyd edək ki, sözügedən şou xarakterli döyüş Bakı Böyük Dəbilqə turniri çərçivəsində baş tutub. 2 dəqiqə davam edən görüş Məhhəmmədin "ipon"la qələbəsi ilə nəticələnib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.