İdman

Qurban Qurbanov "Gent"in oyununu izlədi

16 Yanvar 2023 08:02
Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamın "Qarabağ" futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında növbəti oyununa çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, komanda 20-ci turda "Kotriyk"lə qarşılaşıb. Oyun "Gent"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşü izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olub.

Bu qələbədən sonra "Gent" turnir cədvəlində 34 xalla beşinci pillədəki mövqeyini möhkəmlədib. "Kotriyk" isə 18 xalla 15-cidir.

Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.