İdman

FİFA Serbiya, Ekvador və Meksikanı cəzalandırdı

14 Yanvar 2023 09:00
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya, Meksika və Ekvadorun futbol federasiyaları FİFA tərəfindən cəzalandırılıblar.

Bu barədə dünyanın ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. Serbiya Futbol İttifaqı Beynəlxalq Futbol Federasiyasının himayəsi altında keçiriləcək növbəti rəsmi oyun üçün 50 min İsveçrə frankı (təxminən 50 min avro) məbləğində cərimələnib. Həmçinin onlar millinin növbəti oyununda stadionun qismən bağlanması (tribunaların 25 faizinin qapadılması) ilə cəzalandırılıblar. Buna səbəb Serbiya millisinin DÇ-2022-nin qrup mərhələsində İsveçrə ilə görüş zamanı intizam qaydalarını pozmasıdır. Onlar oyunçuların və rəsmilərin nalayiq davranışlar etməsində ittiham olunublar. Həmin matçda azarkeşlər yersiz şüarlar səsləndiriblər və komanda itaətsiz davranışlar edib.

Meksika Futbol Federasiyası 100.000 İsveçrə frankı məbləğində cərimələnib. Onlar FİFA-nın himayəsi altında bir matçı tamaşaçısız keçirməklə cəzalandırılıblar. Lakin bu qərar sınaq müddəti ilə dayandırılıb. Meksikanın cəzalandırılmasına səbəb DÇ-2022-nin qrup mərhələsində Polşa və Səudiyyə Ərəbistanı ilə matçlarda meksikalı azarkeşlərin yersiz şüarlar səsləndirməsi olub.

Ekvador Futbol Federasiyası FİFA-nın himayəsi altında keçiriləcək növbəti rəsmi matç üçün 20 min İsveçrə frankı məbləğində cərimələnib. Həmçinin onların stadionun qismən bağlanmasına qərar verilib. Buna səbəb isə DÇ-2022-nin qrup mərhələsində Qətərlə oyunda ekvadorlu azarkeşlərin yersiz şüarlar səsləndirməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.