İdman

Bu VİDEODAN sonra 20 min insan ondan tələb edir: "Sevgilindən ayrıl"

7 Yanvar 2023 12:56
Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin və "Mançester Siti"nin hücumçusu Xulian Alvares DÇ-2022-dəki çıxışı ilə adından söz etdirdi. O, komandası ilə çempion olmaqla yanaşı, 4 qol vurdu və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Bir sözlə, Cənubi Amerika təmsilçisinin 36 ildən sonra Dünya Kubokunu qazanmasında onun da böyük rolu oldu.

Milli.Az bildirir ki, Xulian DÇ-2022-dəki performansı ilə yerli azarkeşlərin ürəklərini fəth edib. Bu səbəbdən ona maraq olduqca böyükdür. Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup fanatın Alvaresə yaxınlaşaraq avtoqraf almaq istəməsi barədə video yayılıb.

Xulian insanların ona olan münasibətindən məmnun olsa da, sevgilisi Maria Emilia Ferreronun azarkeşlərə reaksiyası heç də yaxşı olmayıb. Videoda onun futbolçuya yaxınlaşan insanları uzaqlaşdırmaq üçün hər şeyi etdiyini görə bilərsiniz. O, Alvaresin, sadəcə bir neçə pərəstişkarına şəkil çəkdirməyə icazə verdi. Digərləri isə məyus şəkildə futbolçudan uzaqlaşmalı oldular.

Baş verənlər sonradan böyük qalmaqala səbəb oldu. Azarkeşlərdən biri o qədər qəzəbləndi ki, "Change.org" saytında Xulianı sevgilisindən ayrılmağa çağıran petisiya başlatdı. Məlum oldu ki, Marianın bu davranışı böyük kütlənin xoşuna gəlməyib. Hazırda fanatın müraciətində 20 mindən çox imza toplanıb.

Fanatların qəzəbli reaksiyasından Marianın özü də xəbərdardır. Petisiyanın dərcindən bir neçə gün sonra o, sosial şəbəkələrdə baş verən hadisəyə aydınlıq gətirməyə çalışıb:

"Vəziyyətə aydınlıq gətirməyi və izah etməyi zəruri hesab edirəm. Həmin gün ailəmlə nahar etdik. Gecə saat 2-də bir dəstə oğlan və qız bizə evə gəldi. Əksəriyyəti etibar etdiyim tələbələrimdir. Mən getməyə hazırlaşarkən Xulian uşaqlarla salamlaşmaq üçün evdən çıxdı. Qərara gəldik ki, dünya çempionu ilə şəkil çəkdirmək onlar üçün əla xatirə olacaq. Mən, sadəcə bütün bunları təşkil etməyə çalışırdım. Əgər mənim reaksiyamı uyğun görməmisinizsə, üzr istəyirəm. Ümid edirəm ki, məni başa düşəcəksiniz".

Maria da idmançıdır. O, əvvəllər otüstü xokkeylə peşəkar formada məşğul olub. İndi isə məktəbdə bədən tərbiyəsindən dərs deyir.

Alvaresin özü isə Mariayla bağlı yaşananlara səssiz qalmağa çalışır. Görünür, baş verənlər futbolçunu narahat etmir və əlbəttə ki, onu tərk etmək niyyətində deyil. Yeni il ərəfəsində gənc hücumçu Mariaya olan sevgisini etdiyi paylaşımla bir daha göstərdi. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.