İdman

Ərdoğan Pele ilə bağlı paylaşım etdi - FOTO

30 Dekabr 2022 19:22
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pele ilə bağlı paylaşım edib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Türkiyə lideri Ərdoğan bir müddətdir xərçənglə mübarizə aparan əfsanəvi futbolçu Pele ilə bağlı paylaşım edib.

Ərdoğan "Twitter" hesabından paylaşım edərək, "Dünya futbolunun ən böyük adlarından biri olan Pelenin vəfatından dərin kədərləndim. Onun əfsanəsi olduğu Braziliya xalqının bu böyük ağrısını ürəkdən paylaşır, ona başsağlığı veririk", - deyə paylaşımda bildirib.

Qeyd edək ki, Braziliyanın əfsanəvi futbolçusu Pele 82 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Pelenin ölümündən sonra dünya futbol ictimaiyyətindən başsağlığı mesajları paylaşılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.