İdman

Qurban Qurbanov bu məlumatı təsdiqlədi

16 Dekabr 2022 19:22
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşanın "Poqon" klubunun oğlu Musa Qurbanlı ilə maraqlandığını təsdiqləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

Lakin o, hələlik kluba rəsmi təklif gəlmədiyini bildirib: "Tam ciddi nəsə olarsa, fikir bildirə bilərik. Belə qərarlarda çox ehtiyatlı və həssas olmalıyıq. Bəzən təklif gəlib deyə futbolçumuzu Avropaya göndərməklə, onu "yandıra" bilərik. Odur ki, çox götür-qoy etməliyik. Təklif gəldikdən sonra müzakirə edmək olar ki, Musanın qalması və ya getməsi nə vəd edə bilər. Bu isə gələcəyin müzakirə mövzusudur".

Qeyd edək ki, Polşa mətbuatı "Poqon"un 22 yaşlı hücumçu üçün "Qarabağ"a 350 min avro ödəməyə hazır olduğunu yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.