İdman

DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord

7 Dekabr 2022 12:07
Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatları tarixində yeni rekord müəyyənləşib.

Milli.Az "report"a istinadən bildirir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub.

Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya - İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.