İdman

"Sumqayıt" ilk, “Zirə”dən növbəti qələbə

4 Dekabr 2022 19:13
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun son günündə iki oyun baş tutacaq.

Autsayderlərin Gəncədəki duelində "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Son beş turda yalnız bir dəfə uduzan Tərlan Əhmədovun yetirmələri xal hesabını artırmağa çalışacaq. Qərblilər qələbə ilə iki pillə irəliləmək imkanına malikdir. Samir Abasovun komandası isə mövsümdə ilk qələbə ilə rəqibinə yaxınlaşmaq üçün mübarizə aparacaq.

Tura Zirədə yekun vurulacaq. Qəsəbənin eyniadlı komandası "Turan Tovuz"u sınağa çəkəcək. Rəşad Sadıqovun yetirmələri 4-cü pilləni qaytarmaq üçün qalib gəlməlidir. Premyer Liqanın debütantı isə turnir cədvəlinin ilk yarısından uzaqlaşmamaq üçün səfərdən üç xalla ayrılmaq istəyir.

Qeyd edək ki, XVII turun oyunları dekabrın 13-15-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVI tur
4 dekabr (bazar)

14:30. "Kəpəz" - "Sumqayıt" - 0:1
Qol: 
Vurğun Hüseynov, 89
Qırmızı vərəqə: Vüqar Mustafayev, 84 (ikinci sarı vərəqə)
Baş hakim: Tural Qurbanov

"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşəvərzi
Baş məşqçi: Tərlan Əhmədov

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. Elnur Vəliyev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rüfət Nurməhəmməd, 9. Almir Aqanspaxiç
Baş məşqçi: Samir Abasov

Gəncə şəhər stadionu

17:00. "Zirə"- "Turan Tovuz" - 0:0
Baş hakim: 
İnqilab Məmmədov

"Zirə": 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov,8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 17. Natan Oduva, 19. Runi Eva
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov


Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

16

14

2

0

44-8

44

2

Sabah

16

12

3

1

32-11

39

3

Neftçi

16

10

2

4

31-19

32

4

Qəbələ

16

7

3

6

20-17

24

5

Zirə

15

7

2

6

16-21

23

6

Turan Tovuz

15

4

4

7

10-19

16

7

Şamaxı

16

2

6

8

14-25

12

8

Səbail

16

2

4

10

13-25

10

9

Kəpəz

15

2

4

9

12-30

10

10

Sumqayıt

15

0

6

9

7-24

6

Bombardirlər: Ramil Şeydayev - 12, Musa Qurbanlı (hər ikisi "Qarabağ") - 11, Emin Mahmudov ("Neftçi") - 9, Coy Lens Mikels ("Sabah") - 7

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.