Kriştiano Ronaldo Qətərdə göz yaşlarına boğuldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya çempionatının portuqaliyalı ulduzu Kriştiano Ronaldo Qətərdəki ilk oyununda emosional anlar yaşayıb.
Portuqaliya himni oxunarkən 37 yaşlı hücumçunun gözləri yaşla dolub.
2022-ci il futbol üzrə dünya çempionatının favoritləri arasında göstərilən Portuqaliyanın H qrupunda ilk oyunu olan Qana ilə mübarizədə gözlər Kriştianu Ronaldoda idi.
Qətərdə debüt edən Ronaldo oyundan əvvəl keçirdiyi gərgin dövrə görə çox emosional olub.
"Mançester Yunayted"dən rəsmi ayrıldıqdan sonra klubsuz qalan portuqaliyalı ulduz Qana matçı öncəsi dövlət himni səsləndirilərkən göz yaşlarını saxlaya bilməyib. Mərasim zamanı diqqət mərkəzində olan Ronaldo sosial mediada da gündəm olub.
Müqaviləsinin bitməsinə 6 ay qalmış əfsanəvi klubu ilə vidalaşmalı olan Ronaldo, muzeyində əskik olan yeganə şey- Dünya Kubokunu almaq üçün Qətərdəki son "rəqsinə" qatılıb. Turnir öncəsi komanda yoldaşları ilə münasibətlərinin pis olduğu xəbəri yayılsa da, 37 yaşlı ulduz hücumçu bu söz-söhbətləri qətiyyətlə təkzib edərək, dostlarının da ona böyük dəstək verdiyini bildirib.
Son zamanlar populyarlığını artıran Ronaldo 500 milyon izləyiciyə çatan ilk Instagram istifadəçisi kimi tarixə düşüb.
Portuqaliya ilə dünya çempionatı üçün Qətərdə olan Ronaldo ManU ilə vidalaşdıqdan sonra: ""Mançester Yunayted" ilə danışıqlarımızdan sonra qarşılıqlı olaraq müqaviləmizi vaxtından əvvəl ləğv etməyə razılaşdıq. Mən "Mançester Yunayted"i və azarkeşləri sevirəm, bu heç vaxt dəyişməyəcək. Bununla belə, mənim üçün yeni bir çağırış axtarmağın vaxtı yetişib" - açıqlamasını verib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı





