İdman

London derbisinin taleyini 1 qol həll etdi

6 Noyabr 2022 19:53
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında XV tur davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu günün ilk oyununda London derbisi baş tutub.

Lider "Arsenal" "Stemford Bric"də "Çelsi"nin qonağı olub. Qarşılaşmanın taleyini bir qol həll edib. "Topçular" müdafiəçi Qabrielin 63-cü dəqiqədə vurduğu yeganə top sayəsində 1:0 hesablı qələbə qazanıb.

Bununla xallarının sayını 34-ə çatdıran "Arsenal" liderliyini davam etdirib. "Çelsi" isə 21 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.