İdman

"Barselona"nın 4000-ci qolunu o vurdu

24 Oktyabr 2022 18:12
Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı hücumçu La Liqanın 11-ci turunda "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri maçda yubiley qoluna imza atıb.

12-ci dəqiqədə hesabı açan forvard "Barselona"nın çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 11 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.