İdman

"Murov" qələbə ilə başlayıb

20 Oktyabr 2022 07:55
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışında mübarizəyə başlayıb.

Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

Azərbaycan Voleybol Mərkəzində keçirilən qarşılaşma "Murov"un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olub.

Cavab görüşü oktyabrın 20-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.