İdman

MMA döyüşçüləri canlı efirdə dalaşdılar - VİDEO

17 Oktyabr 2022 10:34
Baxış: 2 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı qarışıq döyüş növləri (MMA) ustaları Bibert Tumenov və Andrey Qonçarov "Matç Boyets" telekanalın canlı yayımı zamanı dava ediblər.

Əvvəlcə idmançılar arasında söz dueli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tumenov bəyan edib ki, Qonçarov onun qarşısında titrəyir və elə indi məsələni yoluna qoymağı təklif edir. Bundan sonra döyüşçülər arasında dava düşüb.

Qeyd edək ki, rəqiblər noyabrın 4-də Moskvada keçiriləcək ACA 147 turnirində qarşılaşacaqlar.

Tumenov MMA döyüşlərində keçirdiyi 13 döyüşdə 11 qələbə və iki məğlubiyyət alıb.

Qonçarovun hesabında isə qarışıq döyüş növləri üzrə 17 döyüşdə 14 qələbə və 3 məğlubiyyət var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.