İdman

"Kadi Borgesin zədələnməsi planlarımızı pozdu" - Qurban Qurbanov

13 Oktyabr 2022 23:16
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamdan razı qaldım. Çox əziyyət çəkdik. Gərginlik də var idi. Çünki azarkeşlərimiz bizdən qalibiyyət gözləyirdi. Belədə səhvlər də çox olur".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, rəqib bu gün daha aktiv idi: "Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar".

Onun sözlərinə görə, Kadi Borgesin zədələnməsi planları pozub: "Onu sonadək meydanda saxlamaq istəyirdik. İlk hissədən sonra ayağında ağrı var idi. Dedi ki, dözüb oynayaram. Amma alınmadı. Onun yerinə meydana çıxan Filip Ozobiç də özünü yaxşı tərəfdən göstərdi".

Qurbanov pley-offa çıxmaq şanslarını da dəyərləndirib: "Sonluq yaxınlaşdıqca, gərginlik artır. Rəqiblər öz işlərinə ciddi yanaşır. "Nant"ın şansı varsa, bizimlə oyuna ciddi hazırlaşacaq. Önəmli qarşılaşma olacaq. Soyuqqanlı olmalıyıq. Xeyli vaxtımız var. Futbolçularım həddindən artıq yorğun idi. Düşünürəm ki, o vaxtadək idman formalarını qaytara biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.