İdman

UEFA "Frayburq"u "Qarabağ"la oyunda baş verənlərə görə cərimələdi

11 Oktyabr 2022 21:52
Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Frayburq"u (Almaniya) cərimələyib.

Buna səbəb komandanın azarkeşlərinin 1-ci turda Ağdam təmsilçisi ilə, 2-ci turda isə "Olimpiakos"la (Yunanıstan) matçlardakı davranışları olub. Ona görə də "Frayburq" "Qarabağ"la görüşdəki insidentə üçün 7 min, "Olimpiakos"la görüşdə baş verənlər üçün isə 11 min avro cərimələnib.

Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Frayburq"a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında 6-cı tur oyunu isə noyabrın 3-ü Bakıda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.