İdman

UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

10 Oktyabr 2022 07:35
Baxış: 1 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA 2024-cü il Avropa çempionatının seçmə oyunlarının təqvimində səhvə yol verildiyi barədə Avropa futbol assosiasiyalarına xəbərdarlıq edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Uels Futbol Assosiasiyası tviterdə məlumat yayıb.

"Təəssüflə bildiririk ki, təqvimlə bağlı problem müşahidə etdik və sizdən göndərilmiş matçların siyahısını diqqətə almamağınızı xahiş edirik. Yeni versiya mümkün qədər tez dərc olunacaq. Yaranmış hər hansı narahatlığa görə üzr istəyirik", - UEFA-nın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 9-da Almaniyanın Frankfurt-Mayn şəhərində 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə Millətlər Liqasının 2022/2023 mövsümü üçün ümumi reytinqinə əsasən sıralanan 53 milli assosiasiya iştirak edib. Gələcək turnirə ev sahibliyi edəcək Almaniya final mərhələsinə birbaşa vəsiqə əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.