İdman

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

25 Sentyabr 2022 09:32
Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.

A Liqasının 1-ci qrupunda Xorvatiya Avstriyanın, Fransa Danimarkanın qonağı olacaq. Sonuncu turda yalnız Xorvatiya və Danimarkanın final mərhələsinə yüksəlmək şansı var.

4-cü qrupda Niderland Belçikanı, Uesl Polşanı qəbul edəcək. "Narıncılar" böyük ölçüdə liderliyini rəsmiləşdirib. Belçika 3 və daha artıq top fərqi ilə qələbə qazansa, rəqibini keçə bilər. Britaniyalılar isə Polşanı məğlub edə bilməsə, aşağı liqaya enəcək.

C Liqasındakı görüşlər formal xarakter daşıyacaq. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli olub.

D Liqasında Andorra Latviya ilə, Moldova isə Lixtenşteynlə üz-üzə gələcək. Latviya qalib gəlsə, digər görüşün nəticəsindən asılı olmayaraq C Liqasına vəsiqə qazanacaq.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

A Liqası

1-ci qrup

22:45. Avstriya - Xorvatiya

22:45. Danimarka - Fransa

Xal durumu: Xorvatiya - 10, Danimarka - 9, Fransa - 5, Avstriya - 4

4-cü qrup

22:45. Niderland - Belçika

22:45. Uels - Polşa

Xal durumu: Niderland - 13, Belçika - 10, Polşa - 4, Uels - 1

C Liqası

1-ci qrup

22:45. Farer adaları - Türkiyə

22: Lüksemburq - Litva

Xal durumu: Türkiyə - 13, Lüksemburq - 8, Farer adaları - 5, Litva - 1

3-cü qrup

20:00. Slovakiya - Belarus

20:00. Azərbaycan - Qazaxıstan

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2

D Liqası

17:00. Andorra - Latviya

17:00. Moldova - Lixtenşteyn

Xal durumu: Latviya - 12, Moldova - 10, Andorra - 7, Lixtenşteyn - 0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.