"İnşallah, bunun ardı gələcək" - " Kəpəz"in kapitanı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kəpəz"in kapitanı Əli Səmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Şamaxı" üzərindəki qələbə (2:1) ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
O deyib: "İyuna yaxşı hazırlaşmışdıq, həftə ərzində çalışdırıcımız Tərlan Əhmədov tərəfindən verilən tapşırıqları maksimum şəkildə yerinə yetirməyə çalışmışdıq. Bütün məşq prosesi üç xal hədəfi üzərində qurulmuşdu. Matçdan əvvəl baş məşqçimiz də bildirmişdi ki, yalnız qələbə üçün meydana çıxacağıq. Doğrudan da bizə qalib gəlmək mütləq lazım idi. Çünki vəziyyətimiz yaxşı deyildi. Ardıcıl oyunlarda uduzmuşduq. Əlimizdən gələni etməliydik ki, qələbə qazanaq. Şükürlər olsun ki, qarşıya qoyulan məqsədə də çatdıq. Açığı, birinci hissədə hesabda geriyə düşsək də, inamımız azalmadı".
Ə.Səmədov bildirib ki, fasilədə baş məşqçi də onlardan ruhdan düşməməklərini istəyib: "Bildirdi ki, oyunu xilas edə bilərik. Uşaqlarda özünəinam hissini aşıladı. Nəticəsi də məlumdur. Tez toparlanıb əvvəlcə hesabı bərabərləşdirdik, daha sonra önə keçdik. Nümayiş etdirdiyimiz oyunla da göstəririk ki, əvvələ baxanda komandada çox irəliləyiş var. Mən şəxsən belə düşünürəm. Tərlan müəllimin rəhbərliyi altında daha uğurlu nəticələr qazanacağıq. Sevincliyik, uzun müddətdən sonra nəhayət ki, qalib gəlməyi bacardıq. İnşallah, bunun ardı gələcək. Qələbələrin davamlı olması üçün əlimizdən nə gəlirsə, edəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Albert İvanov vəfat etdi
-
"Neftçi" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)





